Bu gün Şəhid Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin mövlud günüdür.
Bu münasibətlə Qəhrəmanımızın 2 – ci Fəxri xiyabanda yerləşən məzarı önündə tədbir keçirildi.
Tədbirdə Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılov cənabları, Müdafiə Nazirliyinin nümayəndələri, Milli Qəhrəmanlar Təşkilatının Nizami Rayon sədri Ədhəm Məmmədov, Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin Səfərova, həmçinin, Qəhrəmanımızın valideynləri, ailə üzvləri, yaxınları, döyüş yoldaşları və digər Şəhid Vətən Müharibəsi Qəhrəmanlarının ataları iştirak edirdi.
Tədbirin açılışını Qəhrəmanımızın atası Vaqif bəy etdi. Gələn qonaqlara öz təşəkkürü bildirərək oğlu ilə olan xatirələrini bölüşdü.
Daha sonra Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılov cənabları çıxış edərək Qəhrəmanımıza Allahdan rəhmət, ajləsinə və yaxınlarına səbr dilədi.
Növbə ilə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon sədri Ədhəm Məmmədov, Qəhrəmanımızın döyüş yoldaşları və digər Şəhid Vətən Müharibəsi Qəhrəmanlarının ataları çıxış etdilər.
Tədbir boyunca xatirə şəkilləri çəkdirildi.
Sonda isə tədbir iştirakçıları Qəhrəmanımızın xatirəsinə açılmış ehsan süfrəsi ətrafında əyləşdilər.
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq Qəhrəmanımıza Allahdan rəhmət, ailəsinə səbr diləyirik.
NƏRMİN SƏFƏROVA
VƏTƏNQƏHRƏMANLARI.AZ