Yasamal sakinlərinin ictimai xadim, 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Aydın Əbilovla səmimi görüşləri

Yasamal rayonun yerli sakinləri ictimai xadim, 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Aydın Əbilovla səmimi görüşləri davam edir.

21 avqust 2024-cü il tarixində Milli Məclisə növbədənkənar seçkilərdə 17 Saylı Yasamal 3-cü Seçki Dairəsindən namizəd olan tanınmış ictimai xadim, YYSİB sədri Aydın Əbilov yerli sakinlərin çoxsaylı xahişlərini nəzərə alaraq, onların böyük bir hissəsi ilə görüşdü.

Köhnə bakılılar, ağsaqqallar, ağbirçəklər, eləcə də yeni nəslin nümayəndələri, gənclər ictimai xadim, yazıçı-kulturoloq, Prezident təqaüdçüsa, TV ekspert kimi tanıdıqları və layiqli namizəd olaraq qəbul etdikləri Aydın Əhməd oğlu Əbilova ()Aydın Xan) öz səmimi arzularını, xeyir-dualarını, ürək sözlərini, təkliflərini çatdırdılar, uğurlar dilədilər.

Sakinlərin sosial-məişət problemləri, xüsusi mülkiyyətlə bağlı şikayətləri, işsizlik, bəzi yerli məmurların onlara qarşı soyuq münasibəti və başqa məsələlər Aydın Əbilovun seçki qərargahının nümayəndələri tərəfindən qeydə alındı.

Tanınmışlar Aydın Əbilovun namizədliyini dəstəkləyirlər və seçkilərə səslənərək video müraciətləri – 13

17 Saylı Yasamal Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Aydın (Xan) Əhməd oğlu Əbilov.

İctimai vəkillikdən millət vəkilliyinə aparan şərəfli ömür.

SİYASƏT SON DƏQİQƏ

Yasamal sakinlərinin ictimai xadim, 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Aydın Əbilovla səmimi görüşləri

Avqust 22, 2024 7:34 admins 0 Comments

Yasamal rayonun yerli sakinləri ictimai xadim, 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Aydın Əbilovla səmimi görüşləri davam edir.

21 avqust 2024-cü il tarixində Milli Məclisə növbədənkənar seçkilərdə 17 Saylı Yasamal 3-cü Seçki Dairəsindən namizəd olan tanınmış ictimai xadim, YYSİB sədri Aydın Əbilov yerli sakinlərin çoxsaylı xahişlərini nəzərə alaraq, onların böyük bir hissəsi ilə görüşdü.

Köhnə bakılılar, ağsaqqallar, ağbirçəklər, eləcə də yeni nəslin nümayəndələri, gənclər ictimai xadim, yazıçı-kulturoloq, Prezident təqaüdçüsa, TV ekspert kimi tanıdıqları və layiqli namizəd olaraq qəbul etdikləri Aydın Əhməd oğlu Əbilova ()Aydın Xan) öz səmimi arzularını, xeyir-dualarını, ürək sözlərini, təkliflərini çatdırdılar, uğurlar dilədilər.

Sakinlərin sosial-məişət problemləri, xüsusi mülkiyyətlə bağlı şikayətləri, işsizlik, bəzi yerli məmurların onlara qarşı soyuq münasibəti və başqa məsələlər Aydın Əbilovun seçki qərargahının nümayəndələri tərəfindən qeydə alındı.

Tanınmışlar Aydın Əbilovun namizədliyini dəstəkləyirlər və seçkilərə səslənərək video müraciətləri – 13

17 Saylı Yasamal Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Aydın (Xan) Əhməd oğlu Əbilov.

İctimai vəkillikdən millət vəkilliyinə aparan şərəfli ömür.

Səs verək ki, səsimiz hüququmuza çevrilsin!

Aydınlı sabahlara: Milli Məclisi beyin mərkəzinə çevirək!

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən layiqli namizəd…

Əbilov Aydın Əhməd oğlu

(Aydın Xan)

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri

“Ədəbiyyat qəzeti”nin şöbə redaktoru

Azərbaycan Yazıçılar Birliyinin Analitik-İnformasiya Mərkəzinin rəhbəri

www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi və direktoru

www.yenimedia.net portalının baş redaktoru

www.youtube.com/c/YenimediaTVaz

www.facebook.com/Aydinxan.ebilli

https://www.infocenter.gov.az/Hududlar/?s=17

QHT sədrinin seçki platforması aşağıdakı əsas istiqamətlərdə fəaliyyətləri əhatə edir:

Qanunların aliliyi, məmur və varlıların özbaşınalığına son, sosial bərabərlik, intellektual inkişaf, elmi-texniki tərəqqi, elmlə təhsilə xüsusi diqqət və Azərbaycanın hüquqi dövlət kimi inkişafı naminə fəaliyyətləri genişləndirmək;

Şəhid ailələrinin üzvləri və qazilər üçün iş yerlərinin kvota ilə müəyyənləşdirilməsi: dövlət və özəl qurumlarda onlar üçün ayrıca iş yerlərinin ayrılması;

Evsiz ailələrə 2 faizli kritik sosial ipoteka ayrılması üçün xüsusi proqramın hazırlanması və reallaşdırılması;

Yasamal rayonu problemlərinin həlli istiqamətində davamlı işlərin görülməsinə nail olmaq;

Paytaxt Bakının xaotik yüklənməsinin qarşısı alınması ilə bağlı planların hazırlanması, onun həyata keçirilməsinə çalışmaq;

Yaşlı nəslin qayğılarını öz üzərinə götürəcək sosial xidmətlərin təşkilinə gerçəkləşdirmək;

Uşaqlar və gənclərin əlaçatan təhsil imkanlarını genişləndirilməsi, eləcə də gənc nəslin normal qidalanması, istirahəti və karyera imkanlarının artırılması ilə rəsmi dövlət proqramın qəbuluna nail olmaq;

Gənclər arasında narkomaniya, tütün məhsullarından istifadə kimi zərəli vərdişlərlə sivil metodlardan yararlanmaqla mübarizənin artırılması;

Süni qiymət artımı, işsizlik, ekoloji böhran, şaytaxtın təbiətinə vurulan zərər, Bakı və Abşerondakı göllərin qurudulmasına qarşı cəmiyyətin və dövlət orqanlarının birbaşa müdaxiləsi ilə ictimai nəzarətin gücləndirilməsi;

İşsiz gənclərlə bağlı dövlətin xüsusi proqramının qəbulu və orada paytaxt, Yasamal rayonu gəncləri üçün kvotaların ayrılması;

Qadınların iş saatının azaldılması: işləyən xanımların ailə üzvlərinə və uşaqlarına baxdıqları üçün işə 1 saat gec gəlsin, eləcə də işdən 1 saat tez çıxa bilsin;

Ailə böhran təsisatları, eləcə də gənclər üçün uğur və karyera mərkəzlərinin yaradılması;

Şəhər mərkəzində söküntüsü gedən məhəllələrin sakinlərinin həmin ərazilərdə mənzil və iş yerləri təmin edilməsinə nail olmaq;

Paytaxtda tikilən hündürmərtəbəli binaların 1-ci mərtəbəlində mülkləri sökülmüş yerli sakinlərə iş yerlərinin açılması üçün minimal qiymətlərlə qeyri-yaşayış sahələrinin ayrılmasına çalışmaq;

Təhsil, elm, səhiyyə, mədəniyyət və dövlət qulluqçularının əmək haqlarının ölkədəki mövcud qiymətlərə uyğunlaşdırılması;

İcbari Tibbi Sığorta ilə bağlı problemlərin aradan qaldırılması və əhalinin sağlamlığına xüsusi dövlət qayğısının artırılması;

Parlament və dövlət təsisatında islahatların aparılması, Milli Məclisin daha çox ictimai-siyasi müzakirələr meydanına çvirmək, gələcəkdə cəmiyyətin daha çox təbəqələrinin əhatələmək üçüç ikipalatalı beyin mərkəzi kimi fəaliyyətinə çalışmaq;

Dövlət qurumları və sisteminə parlamentin ictimai-siyasi nəzarətini artırmaq və s…

Comments (0)
Add Comment