Bakının bu ərazilərində ev və obyektlər sökülür

Bakının Xətai rayonunun Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur.

 

Qafqazinfo”xəbər verir ki, bu barədə “Report”a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsaitin xərclənəcəyi gözlənilir.

 

Comments (0)
Add Comment