Şəhid Milli Qəhrəmanın büstü önündə xatirəsi yad edildi

Bu gün Şəhid Milli Qəhrəman Məzahir İzzət oğlu Rüstəmovun şəhadət günüdür.

 

Bu münasibətlə Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon sədri və Vətən Qəhrəmanları Cəmiyyətinin təsisçisi Ədhəm Məmmədov öz heyəti ilə birgə Nizami rayon ərazisində yerləşən Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı tam orta məktəbin qarşısında yerləşən Qəhrəmanımızın büstünü ziyarət etdi.

Məktəbin direktoru Sevda Abdullayeva Ədhəm müəllimə və heyətinə Qəhrəmanlarımızı yad etdikləri və daima onların xatirəsini yaşatdıqları üçün öz dərin minnətdarlığını bildirdi. Və Qəhrəmanımızın xatirəsinə məktəbdə yaradılmış guşə ilə qonaqları tanış etdi, həmçinin, Qəhrəmanımızın xatirəsinə film çəkildiyini bildirdi.

Bununla yanaşı, məktəbin direktoru Sevda xanım məktəbin adını daşıdığı Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun məktəb daxilində hər zaman xatirə tədbirləri keçirildiyini, şagirdlər arasında Qəhrəmanımızın təbliğatının yüksək səviyyədə həyata keçirildiyini vurğuladı.

Onu da qeyd etmək lazımdır ki, Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı tam orta məktəbin qarşısında yerləşən Qəhrəmanımızın büstü həmin məktəbin direktoru Sevda xanımın təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlmişdir.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun adını daşıyan 32 saylı tam orta məktəbin direktoru Sevda xanıma və müəllim heyətinə öz təşəkkürümüzü bildiririk.

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ

 

Comments (0)
Add Comment