Bu gün Şəhid Milli Qəhrəman Məzahir İzzət oğlu Rüstəmovun və Zakir Nüsrət oğlu Məcidovun şəhadət günüdür.
Bu münasibətlə YAP – ın Nizami Rayon Təşkilatı ilə Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vətən Qəhrəmanları Cəmiyyətinin Nizami rayon ərazisində yerləşən baş ofisində Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun və Şəhid Milli Qəhrəman Zakir Məcidovun xatirəsinə tədbir keçirildi.
Tədbirdə YAP – ın Nizami Rayon Təşkilatının səlahiyyətli şəxsləri, Nizami Rayon İctimaiyyəti, qazilər, Nizami rayon Şəhid ailələri, Nizami rayon Şəhid Milli Qəhrəman ailələri, Nizami rayon Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri və bir çox ictimai xadimlər iştirak edirdi.
Tədbir iştirakçıları hər iki Şəhid Milli Qəhrəmanımızın həyat və döyüş yolu haqqında danışdılar və Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş Qəhrəmanlarımızın ruhlarına dualar oxudular.
Sonda isə xatirə şəkilləri çəkdirildi.
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq hər iki Qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!
NƏRMİN SƏFƏROVA
VƏTƏNQƏHRƏMANLARI.AZ