ABŞ-ın müdafiə naziri Lloyd Ostin 2001-ci il sentyabrın 11-də terror aktı törətməkdə təqsirləndirilən üç müttəhimlə edam cəzasından yayınmağa imkan verən məhkəməyə qədərki razılaşmanı ləğv etmək qərarına gəlib.
APA xəbər verir ki, bununla bağlı bəyanat avqustun 2-də Pentaqonun saytında dərc olunub.
İyulun 31-də məlum olmuşdu ki, hərbi komissiyaların çağırılması üzrə komissar Syuzan Eskalye 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktı ilə bağlı üç müttəhimlə məhkəməyə qədər sövdələşmə imzalayıb.
Qeyd olunub ki, onlar məhkəməyə qədər razılaşmaya və təqsirli olduqlarını etiraf etməyə razılaşıblar.
Məhz buna görə də müdafiə naziri Ostin Eskalyenin bu məsələ ilə bağlı bütün səlahiyyətlərini ləğv edərək yekun qərarı vermək səlahiyyətini özündə saxlayıb.