Ağstafada bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Huseyn Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstə dərhal əməliyyat edilib, gəncin vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 19 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Məmmədovun saxlanılaraq istintaqa təhvil verildiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.