Bu gün Şəhid Milli Qəhrəman Vüqar Tofiq oğlu Hüseynovun şəhadət günüdür.
Bu gün münasibətilə Şəhid Milli Qəhrəmanın xatirəsinə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir təşkil olundu.
Tədbirdə Nizami Rayon ictimaiyyəti, Şəhid ailələri və ictimai xadimlər iştirak etdi.
Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılov cənabları tərəfindən Şəhid Milli Qəhrəmanın ailə üzvlərinə başsağlığı və Qəhrəmanımızın ruhuna ehsan süfrəsi verildi.
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!