Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Qəhrəmanımızın xatirəsi yad edildi

Bu gün Şəhid Milli Qəhrəman Kamil Baladə oğlu Nəsibovun şəhadət günüdür.

Bu gün münasibətilə Şəhid Milli Qəhrəmanın xatirəsinə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir təşkil olundu.

Tədbirdə Nərimanov rayon ictimaiyyəti, Şəhid ailələri və ictimai xadimlər iştirak etdi.

Nərimanov Rayon İcra Başçısı Elgin Həbibullayev cənablarının Şəhid Milli Qəhrəmanın ailə üzvlərinə başsağlığı verdi və hər zaman onların qulluğunda olduğunu bildirdi.

Sonda İcra Başçısı Elgin Həbibullayev cənabları tərəfindən Qəhrəmanımızın ruhuna ehsan süfrəsi verildi.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ

Comments (0)
Add Comment