Bu gün Nizami rayonu ərazisində Vətən Qəhrəmanları Cəmiyyətinin ofisinin açılış mərasimi keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətində Siyasi partiyalar və Qeyri – hökümət Təşkilatları ilə İş şöbəsinin rəhbəri Mürvət bəy və Şəhid Milli Qəhrəman ailələri, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri, Şəhid ailələri iştirak edirdi.
Vətən Qəhrəmanları Cəmiyyətinin təsisçisi Ədhəm Məmmədov qonaqları salamlayaraq tədbiri açıq elan etdi.
Daha sonra Nizami Rayon İcra Hakimiyyətində Siyasi partiyalar və Qeyri – hökümət Təşkilatları ilə İş şöbəsinin rəhbəri Mürvət bəy Nizami Rayon İcra Başçı Coşqun Cəbrayılov adından Qəhrəman ailələrini salamladı, Nizami Rayon İcra Hakimiyyəti olaraq hər zaman Şəhid ailələrinin yanında olduqlarını, onların hər bir problemlərinin həllində onlara dəstək olmağı özlərinə borc bildiklərini vurğuladı.
Daha sonra Vətən Qəhrəmanları Cəmiyyətinin sədr müavini Əjdər Dadaşov, Nizami rayon sədri Ceyhun Süleymanov dəstəklərinə görə Nizami Rayon İcra Başçı Coşqun Cəbrayılova öz dərin minnətdarlıqlarını bildirdilər və tədbir iştirakçılarına da həmçinin, təşəkkür etdilər.
Tədbirdə iştirak edən Qəhrəman ailələri belə bir cəmiyyətin fəaliyyətə başladığının onları sevindirdiyini bildirərək cəmiyyətin rəhbər heyətinə işlərində uğurlar arzuladılar.
Sonda isə Nizami Rayon İcra Başçısı Coşqun Cəbrayılovun göndərdiyi ərzaq sovqatı Qəhrəman ailələrinə paylanıldı və xatirə şəkilləri çəkdirildi.