1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hansı tamaşa nümayiş olunacaq?

Kollektiv həmin gün saat 12:00-da balaca teatrsevərlər görüşünə “Buratino” nağıl-tamaşası ilə gələcək.

 

Görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan bu tamaşanın quruluşçu rejissoru Elməddin Dadaşovdur.
Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti Sevinc Məmmədovadır.

2019-cu ildən Musiqili Teatrın səhnəsində oynanılan bu tamaşanın 35-ci nümayişində səhnəyə teatrın aktyorları Zaur Əliyev, Telli Hüseynova, Ofeliya Məmmədova, Gülnarə Əzizova, Hüseyn Əlili, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Nərmin Əliyeva, Rauf Babayev, Ruslan Mürsəlov Mehriban Rəcəbova, Cəbrayıl Cəbrayılov, Murad Əliyev, Nərmin Əliyeva və balet artist çıxacaqlar. Biletləri şəhərin bütün kassalarından və   https://iticket.az/  saytından əldə etmək olar.

ƏJDƏR DADAŞOV

VƏTƏNQƏHRƏMANLARI.AZ saytının

Nizami rayon nümayəndə rəhbəri

Comments (0)
Add Comment