Vətən Qəhrəmanları Cəmiyyətinin açılış mərasimi baş tutdu

Bu gün 28 May Respublika Günü münasibətilə Ədhəm Məmmədovun təsisçisi, Nərmin Səfərovanın sədri olduğu Vətən Qəhrəmanları Cəmiyyətinin açılış mərasimi baş tutdu.

Tədbirdə Şəhid Milli Qəhrəman ailələri, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri, Şəhid ailələri, qazilər və Vətən Qəhrəmanları Cəmiyyətinin sədr müavini Əjdər Dadaşov, Nizami rayon sədri Ceyhun Süleymanov və bir çox ictimai xadimlər iştirak edirdi .

Tədbir iştirakçıları qanı, canı və işi ilə Vətənə xidmət edən insanları özündə birləşdirəcək olan belə bir təşkilatın yaradılması münasibətilə rəhbər heyətini təbrik etdi, qəhrəmanlarımızın unudulmaması, həmçinin onların tanıdılması üçün böyük rol oynayan bu təşkilatın ərsəyə gətirilməsinin sevindirici hal olduğunu vurğuladılar.

Sonda isə Şəhid Milli Qəhrəman ailələrinə, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələrinə, Şəhid ailələrinə Vətən Qəhrəmanları Cəmiyyəti tərəfindən ərzaq sovqatı hədiyyə olundu.

Tədbir boyunca iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

Comments (0)
Add Comment