Yaponiya və ABŞ hipersəs hədəflərini ələ keçirmək üçün nəzərdə tutulan yeni raketin hazırlanmasına birgə təxminən 3 milyard dollar xərcləməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya tərəfi bu məqsədlər üçün 1 milyard dollara yaxın vəsait ayıracaq.
Tərəflər bu silahın 2030-cu ilin ikinci yarısına qədər yekunlaşdırmağı planlaşdırır.