İstanbulda Rusiya-Türkiyə məsləhətləşmələri keçiriləcək

Rusiya və Türkiyə BMT-nin gündəliyindəki məsələlərlə bağlı məsləhətləşmələr keçirəcək.

 

APA-nın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bu məqsədlə mayın 2-də Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin İstanbula gedəcək.

 

Bir qədər əvvəl S. Verşinin Türkiyənin bu ölkədəki səfiri ilə görüşüb. Müzakirələrin gündəmini Fələstin-İsrail münaqişəsi, kənd təsərrüfatı məhsullarının dünya bazarlarına maneəsiz çıxışı, eləcə də bu kimi problemlərə qlobal məcradakı reaksiyalar təşkil edib.

Comments (0)
Add Comment