Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Şəhid Milli Qəhrəman Samir Zirəddin oğlu Xasiyevin mövludundan daha bir il ötür.

Bu səbəbdən Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon sədri Ədhəm Məmmədov öz heyəti ilə birgə Qəhrəmanımızın 2-ci Fəxri xiyabanda yerləşən məzarını, daha sonra isə Nərimanov rayonu ərazisində yerləşən Samir parkındakı büstünü ziyarət etdi.

Ziyarət zamanı həmçinin, Ədhəm Məmmədov Şəhid Milli Qəhrəmanlarımızın unudulması, həmçinin, belə bir gündə Qəhrəmanımız Samirin məzarının ziyarət edilməməsi ilə bağlı öz etirazlarını bildirdi.

Comments (0)
Add Comment