Sədrin fikirləri

Nazir Vilayət Eyvazov sağ Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

 

Azinforum.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş Azərbaycanın Milli Qəhrəmanları: Məmmədov Sahil Ələmdar oğlu, Məmmədov Mövsüm Şahin oğlu, Quliyev Mirzə Məcid oğlu, Allahverdiyev Bəxtiyar Əzizulla oğlu, Mədətov Farız Əlövsət oğluna Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Vilayət Eyvazov tərəfindən Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi ilə əlaqədar hazırlanmış “Heydər Əliyev” ordeni və hər bir Milli Qəhrəmanımıza beş min (5000) manat mükafat təqdim edilməsinə münasibət bildirib. Qurum sədri bildirib ki, cənab nazirin bu addımı təkcə Milli Qəhrəmanlarımıza yox , Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək canlarını qurban vermiş hər bir şəxsə verilən dəyərdir: “Bu, eyni zamanda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yürüdülən daxili siyasətin layiqincə həyata keçirildiyinin bariz nümunəsidir. Buna görə də hörmətli Nazirimiz Vilayət Eyvazova 203 Şəhid Milli Qəhrəman ailələri və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm”.

 

Elşən Uluxanlı təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə vaxtı ilə Müdafiə Nazirliyinin əməkdaşları olmuş Azərbaycanın Milli Qəhrəmanlarının dəqiq sayını, adlarını belə yaxşı bilmir: “Zakir Həsənov nazir təyin olunduğu gündən bu günə kimi onlarla nə görüş keçirib, nə də daxili İşlər nazirimiz cənab Vilayət Eyvazov kimi qəhrəmanlarımıza diqqət və dəyər verərək, onlara Heydər Əliyev ordeni təqdim edib. Müdafiə nazirinin diqqətinə çatdırmaq istəyirəm ki, Cəbrayılov Fəxrəddin Mövsüm oğlu (general-mayor), Əkbərov Rövşən Telman oğlu ( general-leytenant), Quliyev Vahid Həbibulla oğlu ( polkovnik-leytenant), Qəhrəmanov Fariz Çoban oğlu (polkovnik-leytenant), Tağıyev Şahin Talıb oğlu ( mayor), Əliyev Ehtiram İsrayıl oğlu ( əsgər), Quliyev Zabit Adil oğlu (əsgər) Hüseynov İbad Mövsüm oğlu (əsgər) vaxtı ilə ildə bir dəfə Heydər Əliyev tərəfindən qəbul edilərək, onlara qürur duyduğunu bildirmişdi. Çox maraqlıdır, Zakir Həsənov niyə qəhrəmanlarımızı belə biganə münasibət sərgiləyir? Olmazdı ki, o da “Heydər Əliyev” adını daşıyan ordenini qəhrəmanlarımıza təqdim edərdi?..”

 

 

Comments (0)
Add Comment