Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçirilir.
“Report” xəbər verir ki, kişilərin yarışında 9-cu turda azərbaycanlı qrossmeyster Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə bərabərə qalıb.
Abasov bundan öncə Yan Nepomnyaşi (iki dəfə), Hikaru Nakamura (ABŞ), Əlirza Firuzca (Fransa) və Vidit Santoşla (Hindistan) heç-heçə edib, Fabiano Karuana (ABŞ), Qukeş Dommaracu (Hindistan), Rameşbabu Praqnanandhaya (Hindistan) yenilib.
Xal durumu: Nepomnyaşi, Qukeş – 5,5, Praqnanandha – 5, Nakamura, Karuana, Santoş – 4,5, Firuzca – 3,5, Abasov – 3.
Turnirin qalibi dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynayacaq.