Şirvan sakini Kəlbəcərdə çayda batıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə avtomobil qəzası nəticəsində 1 nəfərin Turquçayın Kəlbəcər rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

 

Bu barədə “Report“a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

 

Həyata keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Şahbazov Rəhim İbrahim oğlunun cəsədi batdığı ehtimal olunan yerdən 200 metr aralıda çaydan dalğıclar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Comments (0)
Add Comment