Gürcüstanın əslən azərbaycanlı qadın boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Gürcüstanın əslən azərbaycanlı olan qadın boksçusu Rahibə İsmayılova Yunanıstanda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

 

Report“un yerli bürosu xəbər verir ki, o, 48 kq çəki dərəcəsində finalda yunan rəqibi Atina Avramidaya qalib gələrək çempion olub.

Ümumilikdə isə Gürcüstanın qadınlardan ibarət komandası beynəlxalq turnirdə 3 medal qazanıb. 75 kq çəki dərəcəsində Tatia Bukia gümüş, 60 kq çəkidə isə Lana Bolkvadze bürünc medal əldə ediblər.

Comments (0)
Add Comment