Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub.
APA “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat verilib.
Prezident Vladimir Zelenski Oleq İvaşşenkonu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edib.
Qeyd edək ki, daha əvvəl bu postda Aleksandr Litvinenko çalışıb. O, Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunaraq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin olunub.