“3+3” formatı üzrə növbəti görüş bu il baş tuta bilər

“3+3” formatı üzrə növbəti görüş bu il baş tuta bilər.

 

APA xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

 

Səfir qeyd edib ki, regiondakı problemlərin həlli üçün ən faydalı format “3+3” formatıdır.

 

O bildirib ki, digər dövlətlərin müdaxiləsi vəziyyəti gərginləşdirməklə yanaşı, Cənubi Qafqazda eskalasiyanı da artırır.

 

Diplomat Gürcüstanın da bu formatda iştirakına ümid etdiyini bildirib.

Comments (0)
Add Comment