Nigeriyanın Delta əyalətinin Bomadi bölgəsində sülhməramlıllara silahlı hücum olub.
APA xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyi məlumat yayıb.
Aralarında üç zabitin olduğu hücumda ümumilkdə 16 hərbçi öldürülüb.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyi vurğulanıb.
Bir neçə nəfər saxlanılsa da hücumun səbəbləri bəlli deyil.