Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa dair yeni sənəd hazırlayır.
APA xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
Onun sözlərinə görə, sənədin imzalanması iyula planlaşdırılır.
Xatırladaq ki, bir neçə gün öncə Avropa Parlamenti Ermənistana Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi imkanına baxılmasını təklif edən qətnamə qəbul edib. Qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib. 32 deputat isə bitərəf qalıb.