“Kreativlik əlilliyə qalıb gəlir” sənədli filmin təqdimatı

 

Azərbaycan Respublikasının Gənclər Fondunun – #AzGF -nin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İB-nin – #YYSİB -nin reallaşdırdığı, “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” layihəsinin və “Kreativlik əlilliyə qalıb gəlir” adlı sənədli filmin təqdimat-muzakirəsi kecirilib.

 

Tədbir Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Əmək Reabilitasiya Mərkəzində təşkil olunub.

Tədbirdə Mərkəzin rəhbəri Rəhilə xanım Həsrətova , Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, layihə rəhbəri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, AYB üzvü, “Kreativlik əlilliyə qalib gəlir” sənədli filmin qəhrəmanı, yazıçı-bloger Samir İmanov, I Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsü, yazıçı-publisist Hacı Qəni Camalzadə, Milli Qəhrəmanların Tanıtım İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin rəhbəri, qazi, ictimai xadim Ədhəm Məmmədov, Əməkdar jurnalist, “Lerik” qəzetinin baş redaktoru, yazışı-publisist İdris Şükürlü, Milli Qəhrəmanlar Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədr müavini və Vətənqəhrəmanları.az saytının sədr müavini Nərmin Səfərova, Yenimedia.az saytının məsul əməkdaşı Emin Abbasov, YeniMedia.az İnternet TV-nin məsul əməkdaşı Rüstəm İsmayılov və başqaları çıxış edərək layihə və filmin dəyərindən danışmış, yaradıcı heyətə uğurlar arzulamışdır.


Qızğın müzakirələrdən sonra filmə ictimai baxış baş tutdu.
YYSİB tərəfindən Mərkəzin iştirakçılarına 200-dən çox kitab hədiyyə olundu.

Comments (0)
Add Comment