Bu gün Azərbaycanın iki Şəhid Milli Qəhrəmanının şəhadət günüdür.
Yusif Əli oğlu Mirzəyev 23 may 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olub. Orta təhsilini İ.Səfərli adına 1 saylı məktəbdə aldıqdan sonra Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunda (indiki UNEC) təhsil alıb.
1993-cü il fevralın 19-da Ağdərə rayonu uğrunda gedən qızğın döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Yusif Vəli oğlu Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ailəli idi, bir övladı yadigar qaldı.
Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak edib. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də alıb.
Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alan Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib.
1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Vəzir İsa oğlu Sədiyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq hər iki qəhrəmanımızın ailələrinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!