Şəhid Vətən Müharibəsi Qəhrəmanının mövlud günü

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı və hərbi pilotu, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun mövlud günüdür.

 

Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub.

Ramiz Qasımov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

O, həmçinin, 2016-cı il Aprel  döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində xüsusi şücaətilə fərqlənmişdi.

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azadlığı uğrunda gedən qızğın döyüşlərdə iştirak etmiş və həmin ərazilərdə düşmən mövqelərini məhv etmişdir.

2020-ci il sentyabrın 27-də Tərtər rayonu istiqamətində Ramiz Qasımovun özü ilə bərabər 2 nəfər heyət üzvünün olduğu vertolyotu düşmənin raket zenit qurğusunun hədəfi oldu. O, dərhal 2 nəfər heyət üzvünün tullanmağı əmr elədi. Özü isə helikopteri  əlverişli yerdə endirməyə çalışdı. 

Ağır xəsarət alan Ramiz Qasımov 25 gün koma vəziyyətində qalandan sonra  2020-ci il oktyabrın 22-də şəhidlik zirvəsinə ucaldı. 

Qəhrəmanımız ikinci Fəxri Xiyabanda dəfn olunub.

Ailəli idi. Gülanə və Gülay adında qızları, Vaqif adında isə oğlu yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən Ramiz Qasımova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon sədri Ədhəm Məmmədov öz heyəti ilə birgə qəhrəmanımızın 2-ci Fəxri xiyabanda yerləşən məzarını ziyarət etdi və ailə üzvlərinə başsağlığı verdi.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ

Comments (0)
Add Comment