Mən hərbi xidmətdə olan zaman Samir Xasiyevi tanidim. Onun çöhrəsindəki nuranilik, insani xüsusiyyətlər məni ona daha da yaxinlaşdirib, həm əskər yoldaşina həm də mehriban dostluğa çevirdi.Mənim həm Göyçədən həm şair olduğumu biləndən sonra Samirin mənə qarşi olan məhəbbəti bəlkədə on qat artmisdir. Sözün həqiq mənasinda mənim şerlərimin vurğunu olmuşdur. Mənim vətənpərvərlik mövzusunda yazdiğim şerlərdən də öyrənmiş hətta aradabir zümzümə də edirdi. Səliqə- səhmani ilə seçilən Samir Xasiyev, tərbiyəsi , əqidəsi, əxlaqi ilədə hər cəhətdən fərqlənirdi. Məncə əsl Azərbaycan kişisi obrazini Samir Xasiyev sağikən qazanmişdir. Onun keçdiyi həyat yolu indiki və gələcək nəsillərə bir örnək olaraq qalacaqdir.Samir Xasiyev haqqinda nə qədər yazilsa da azdir çünki bu qəhrəman , anadangəlmə belə doğulmuşdur, onun qəhrəmanliği həyatda ona verilən ən şərəfli addir.
Samir Zirəddin oğlu Xasiyev əslən Tovuz rayonunu Düz Qiriqli kəndindən olsa da 1973- cü il aprel ayinin 20- də Baki şəhərində anadan olmuşdur.2000- ci ildən yaxşi tanidiğim Nərimanov rayonundakj 82-sayli orta məktəbin birinci sinfinə getmişdir.Amma 1988- ci ildə ailəsi Gəncə şəhərinə köçdüyündən, orta təhsilini 14 sayli beynəlmiləl orta məktəbində tamamlamişdir. 1991- ci ildə əmək qabiliyyətinə Baki soyuducular zavodunda başlamişdir. Bununla kifayətlənməyən Samir Xasiyev 1991- ci ildə imtahan verərək Baki Dövlət Universitetinin tarix faklütəsinin axşam şöbəsinə qəbul olur. Elə birinci kursda ikən hərbi xidmətə çağirilir.1992- ci ildə Vətənin çağirişina səs verərək rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş edir. Periküşküldə, Salyanda təlim keçəndən sonra Ağdam rayonunun Mərzili kəndinə döyüşə göndərilir. İlk döyüş yolu da bu kənddən başlayir.1993- cü ildə Fizuli, Ağdərə bölgəsində aparilan əməliyyatlarda fəal iştirak edir. Samir bir neçə dəfə yaralansa da döyüş bölgəsini tərk etmir, əsl qəhrəmanliğini göstərərək , əskərlərin yaninda qalmaği üstün tutur. Samirin ən gərgın döyüşlərindən biri Tərtər bölgəsində olmuşdur. Ölümun gözünə dik baxan, heç bir şeydən qorxmayan, elimin bu igid oğlu, bir neçə dəfə mühasirəni yararaq, yoldaşlarini xilas etməyi bacarmişdir. Onun bacariğini, səriştəsini, təcrübəsini nəzərə alan Nazirlik Samiri iki ayliq zabitlər kursuna göndərdi. Leytenant rütbəsi alandan sonra , özü yaratdiği bölüyün komandiri təyin olundu.
Amma 1994- cü ilin Oktyabrinda Gəncə şəhərində dövlət çevirişi baş verdi. Sapi özümüzdən olan baltalarin üsyani qardaş qirğinina gətirib çixardi. Samir Xasiyevin komandiri olduğu bölük bu qiyamin yatirilmasin da fəal iştirak etdi. Samirin xidməti yüksək qiymətləndirilərək, ” Hərbi xidmətlərinə görə medali” ilə təltif edildi.
Bununla belə arxayinlaşmayan Samir Xasiyev Vətənin keşiyində dayanacağina, xalqi milləti qoruyacagina and içdi.
1995- ci il Martin 17…. Dövlət çevirişi yenidən baş qaldirdi. Qarşidurma dinc yolla həllini tapmadi. Döyüş əmri verildi. Döyüşə qəhrəmanliqla atilan Samirin bölüyü qərargaha daxil olarkən,bir namərdin atdiği sinayiper gülləsi yaxin. məsafədən Samirə tuş gəldi. Dostlarinin səyinə baxmayaraq, onun həyatini xilas etmək mümkün olmadi.O, dövlətçiliyimiz yolunda qəhrəmancasina həlak oldu. Subay idi.4 Aprel1995- ci ildə Azərbaycan Respublikasinin Prezidentinin 307- sayli fərmani ilə leytenant Xasiyev Samir Zirəddin oğluna , ölümündən sonra “Azərbaycanin Milli Qəhrəmanı’ adı verilmişdir.
Gözümün önündən getməyir heç vaxt
Milli Qəhrəmanim Samir Xasiyev
Hər zaman qəlblərdə yaşayacaqdir
Milli Qəhrəmanim Samir Xasiyev.
Sevirdi bu xalqi, doğma Vətəni
Yolunda can qoyub, candan keçəni
Mamir olub, qayasinda bitəni
Milli Qəhrəmanim, Samir Xasiyev
Sevib əskərini, yaxin bilərdi
Onunla danişib, deyib gülərdi
Söz verdi sözünə, əməl edərdi
Milli Qəhrəmanim, Samir Xasiyev
Döyüş bölgəsinə , könüllü getdi
Ağdamin Mərzili, kəndinə yetdi
Düşməni dərdədər, pərsərəng etdi
Milli Qəhrəmanim, Samir Xasiyev
Çağirdi döyüşə Ağdam, Ağdərə
Od tutub yanirdi, hər dağ, hər dərə
Deyirdi çatiram, indi Tərtərə
Milli Qəhrəmanim, Samir Xasiyev
Düşmənin tankini , məhv eyləyibdi
Heç kəsə bir kəlmə, söz deməyibdi
Namərdlər önündə baş əyməyibdi
Milli Qəhrəmanim, Samir Xasiyev
Fizuli köməyə , Samir çağirdi
Gördü ki, vəziyyət, yaman ağirdi
Düşmənin başina, alov yağirdi
Milli Qəhrəmanim, Samir Xasiyev
Keçdi gənc yaşinda, odda həyati
Hədiyyə almişdi, bir qol saati
Sevirdi həm şeri, həm şeriyyati
Milli Qəhrəmanim, Samir Xasiyev
Leytenant rütbəsi, verildi ona
Çox gözəl yaraşdi boya- buxuna
Nümunə olmuşdur, orda çoxuna
Milli Qəhrəmanim, Samir Xasiyev
Yenədə ölkədə, çeviriş oldu
Dinc yolla qarşisi, alinmaz oldu
Namərd gülləsinə, dəyib tuş oldu
Milli Qəhrəmanim, Samir Xasiyev
Qurbanam qaçqinam, ulu Göyçədən
Yolumu bağlayib, tufan , boran , çən
Yadima düsəndə, kövrəlirəm mən
Milli Qəhrəmanim, Samir Xasiyev.
Şöhrətim həm şanim , Samir Xasiyev.
Qurban Göyçəli ( Həsənov).
VƏTƏNQƏHRƏMANLARI.AZ saytının müxbiri