Laçında avtomobil qəzasında həlak olan hərbçimiz Xaçmazda dəfn edildi

Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundovla Xaçmaz rayonunun Sayad kəndində vida mərasimi başa çatıb.

 

Oxu.Az xəbər verir ki, hərbçimiz Sayad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumu ailə üzvləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundov Xaçmaz rayonunun Sayad kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dəfn saat 12:00-da baş tutacaq. Hazırda əsgər S.Axundovla vida mərasimi keçirilir.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.

Comments (0)
Add Comment