Dünən Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.
OXU.AZ məlumat verir ki, Səfərbərlik və Hərbi Çağırışa Xidmətinin İstimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər Şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir.
Qeyd olunub ki, bu gün həlak olan hərbi qulluqçular – Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.