Mübariz Əhmədov Əlizadə oğlu 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində anadan olub.
Orta məktəbdə səkkizinci sinfi bitirdikdən sonra Sankt-Peterburq Kino Texnikumuna daxil olur. Lakin buradakı iqlim şəraitinə uyğunlaşa bilmədiyindən doğma kəndinə qayıdır və təhsilini davam etdirir və M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Slavyan Universiteti-red.) qəbul olur.O, üçüncü kursda oxuyarkən ordu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən təhsilini davam etdirir.
Vətənə olan sevgisi onu cəbhəyə gətirir .
Mübariz özünümüdafiə batalyonuna könüllü yazılır və Ağdam rayonundakı hərbi hissənin bölük komandiri kimi ilk döyüşə atılır.
Daha sonra bir çox kənd və rayonlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşurdu. Hətta, həmin dövrdə Müdafiə Nazirliyi ona Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə etsə də, Mübariz Vətənini müdafiə etməyi daha üstün tutur.
24 sentyabr 1992 – ci il Ağdam rayonunun Abdal – Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüş onun son döyüşü oldu… Mübariz qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Subay idi.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Mübariz Əhmədov Əlizadə oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilmişdir.
Sabirabad rayonunun Qaratəpə kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik!
Allah rəhmət eləsin!