20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Litvanın Şaulyay şəhərində start götürəcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxacaq.
“Report”-un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Komanda növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.