Bakı hücumlarını kəskin şəkildə gücləndirib – Abramyan

Azərbaycan Ermənistanın müxtəlif bölgələrini, o cümlədən İrəvanı azərbaycanlıların tarixi məskənləri kimi təqdim edərək təbliğat hücumlarını kəskin surətdə gücləndirib.

 

Axar.az xəbər verir ki, bu iddianı Ermənistan parlamentinin deputatı, müxalif siyasətçi Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, “bu istiqamətə yatırılan vəsait” dəfələrlə artırılıb, “istifadə olunan arsenal” genişləndirilib:

“Söhbət Azərbaycanın başqa istiqamətlərə maraq göstərməməsində deyil, problem indidir: təbliğat birbaşa Ermənistana qarşı artan yeni siyasi ambisiyalar ilə bağlıdır”.

Comments (0)
Add Comment