Bu il Bakıda 24 məzun məktəbi qızıl və gümüş nişanla bitirib.
Bu barədə “Report”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.