Bu gün Nərimanov Rayon Yeni Azərbaycan Partiyasının binasında Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Şəhid Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Millət vəkili Rasim Musabəyov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon sədri Samir Vəliyev ,qəhrəmanın qızı Pərvanə xanım, qəhrəmanımızın döyüş yoldaşları, Milli Qəhrəman ailələri və Vətən Müharibəsi Qəhrəmanı ailələri, Şəhid ailələri və Nərimanov Rayon İctimaiyyəti iştirak etdi.
Tədbirdə çıxış edənlər qəhrəmanımız haqqında xatirələrini bölüşdü.
Qəhrəmanımızın ailə üzvləri, tədbir iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Nərimanov Rayon İcra Başçısı Elgin Həbibullayev cənablarına öz dərin minnətdarlığını bildirdilər.
Sonda isə xatirə şəkilləri çəkdirildi.