Dekabrın 3-də Aşqabad Beynəlxalq Məktəbində “Qış Milli Mətbəx Xeyriyyə Festival” keçirilib.
Bu barədə APA-ya Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, hər il olduğu kimi bu il də Azərbaycanın Türkmənistandakı səfirliyi ölkəmizi festivalda təmsil edib. Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib.
Festivalda Azərbaycanın Türkmənistandakı səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub.
Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər.
Milli mətbəximizin nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.