Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq həyata keçirilən “Tullantıları tingə dəyiş” aksiyası əhali arasında böyük maraqla qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Sizin Market”in qarşısında keçirilib.
Vətəndaşlar arasında yaşıllıqların artırılması və tullantıları çeşidləmə vərdişinin formalaşmasına yönəlmiş aksiya çərçivəsində ümumi tutumu 250 litr olan plastik, 60 litr şüşə və 40 ədəd işlənmiş batareya təhvil alınaraq əvəzində 200 ədəd ağac tingi paylanılıb.
Bildirilib ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahəsində yetişdirilir.
Qeyd edək ki, aksiyalar Naxçıvan şəhərində və rayonlarda növbəti günlərdə də davam etdiriələcək.