YAP-ın gənc üzvü Salyanda sədr seçildi

Salyan rayon sakini olan Həsənov Röyal Qənbər oğlu Salyan rayonu 59 saylı Seçki Dairəsinin 23 saylı Seçki Məntəqəsinin sədri seçilib.

Röyal Həsənov yaşının az olmasına baxmayaraq özünü doğrultduğu üçün bu vəzifəyə təyin olunduğunu açıqlayıb.

“2012-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatının Açıq Cəmiyyəti Baş Mil Muğan Kollektoru İstismarı İdarəsinin Mühəndis-Topoqrafı olaraq işləyirəm. İşimdə daim məsuliyyətli olmuşam, verilən tapşırıqları vaxtında və dəqiqliklə icra etmişəm. Gənc kadr olaraq 23 saylı seçki məntəqəsinin sədri seçildim. Mənə göstərilən etimada görə, bir daha təşəkkürümü bildirirəm. Bu vəzifədəmdə özümü doğruldacağıma əminəm. Çalışacam ki, bu vəzifəmi də layiqincə yerinə yetirim”, R. Həsənov əlavə edib.

Qeyd edək ki, o, 2008-ci ildən YAP-ın üzvüdür.

Vetenqehremanlari.az

Comments (0)
Add Comment