SMA xəstəsi uşağın valideyinləri sosial şəbəkələrdə yardım çağırışı ediblər.
Valideyinlərin həmin paylaşımını təqdim edirik:
“Biz Şəhriyar Cehremi və Aygün Abbasova, Fatehin valideynləriyik. Hamınızdan bizə dəstək olmanızı xahiş edirik.
Bizim balamıza SMA diaqnozu qoyulub. Çox ciddi xəstəlikdir. Müalicəsi çox bahadır; 2 yaşına çatmamış 2.16 million dollarlıq “Zolgensma” iynəsi vurulmalıdır. Əks halda onu 2 yaşına çatmadan itirəcəyik və ya ömürlük şikəst qalacaq. Evimizin işığı sönəcək. Bu böyük dərddir, Allah heç kimə qismət eləməsin. Amma neyləmək olar, səbrli olub mübarizə aparmalı, sonadək təslim olmamalıyıq.
Məbləğdən göründüyü kimi bu tək ailəmizin çatacağı hədəf deyil. Sizin yardımınıza ehtiyac var. Hamınızdan artıq dərəcədə xahiş edirik, bu yolda bizə əlinizdən gələni əsirgəməyin”.
Qeyd edək ki, dəstək olmaq üçün aşağıdakı kart hesabından istifadə edə bilərsiniz:
4169738890406238