Halkalıda Zəfər Gününə həsr olunmuş elmi konfrans keçirilib

 

Azərbaycan Qafqaz Tarixi Mərkəzi və Halkalı Fən Elmləri Mərkəzi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə İstanbul şəhərində yerləşən Halkalı Fən Elmləri Mərkəzində Elmi Konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Halkalı Fən Elmləri Mərkəzinin rəhbəri Tanər Korhan Azərbaycanın Zəfər günü barədə qısa məlumat verib. Daha sonra Ulu öndər Heydər Əliyevin, Qazi Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

Qafqaz Tarixi Mərkəzinin Türkiyə rəhbəri, ehtiyyatda olan polkovnik Akif Qasımov “Dəmir Yumruq Əməliyyatı” mövzusunda təqdimatla çıxış edib. Natiq çıxışında 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Qarabağda daxil olmaqla işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildiyini deyib.
Təqdimatda Azərbaycan ordusunun inkişafında Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində görülmüş işlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir ordu islahatları barədə ətraflı məlumatlar verilib. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, elmi-tədqiqat işləri, hərbi sənaye kompleksi, uğurlu daxili və xarici siyasət strategiyası çərçivəsində keçirilən fəaliyyətləri iştirakçıların diqqətinə çatdırıb.

Elmi konfransda iştirak edən protokol heyəti Kiçikçəkməcə Türk Kızılay rəhbəri Hüseyin İPEK, Kiçikçəkməcə AK Parti rayon rəhbərinin müavini Cengiz KIZILDAG,
Kiçikçəkməcə MHP rayon təşkilatı rəhbəri Haydar GÜNEY, Kiçikçəkməcə BBP rayon rəhbəri Mehmet Cem ÖZEL, Kiçikçəkməcə Yeniden Refah Partiya başkanvekili Tamer SÖNMEZLER, Kiçikçəkməcə Türkiyə İttifak Partiyası rayon rəhbəri Vahit TAYFUN,
Kiçikçəkməcə keçmiş bələdiyyə rəhbəri müavini geçen dönemki belediye Enver ŞENGÜL, Gazeteci Engin ZAFER, Halkali məhəllə muhtarı Yusuf ERGÜL, Azərbaycan məktəbinin müəlliməsi Elnarə Fətullayeva çıxış edərək Azərbaycan ordusunun qəhrəmanlığını və şücaətini qeyd ediblər.

Tədbirdə Türkiyenin bu ölkədə fəaliyyət göstərən çoxsaylı qurum nümayəndələri və tələbələr şagirdlər iştirak ediblər. Azərbaycan məktəbinin şagirdləri Azərbaycanla bağlı şeirlər söyləyib və Qarabağ Zəfəri ilə əlaqədar video çarxlar nümayiş olunub. Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirildi.


Tanər Korhan
Halkalı Fən Elmləri Mərkəzinin rəhbəri

Comments (0)
Add Comment