06 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir!” adlı tədbir keçirildi.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri-Azay Quliyev, Kəmaləddin Qafarov, Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Qəsəbə və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin, orta ümumtəhsil, səhiyyə, mədəniyyət və məktəbəqədər təhsil müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra “Şuşam” xor ansamblının canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.
Ulu Öndər Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözlərində Qarabağın mütləq azad ediləcəyi inamının ifadə edildiyi duyulmaya bilməzdi. Tədbir iştirakçıları öncə xalqımızın çoxdan gözlədiyi və bizləri Zəfərə doğru aparan yolun yeni mərhələsinə həsr olunmuş “Ata Vəsiyyəti və İnamlı Zəfər” adlı videoçarxı izlədilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Şanlı Qələbə – 8 Noyabr – “Zəfər Günü” münasibətilə hər bir kəsi təbrik edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq. Xalqımız unudulmaz tarixi günlər, aylar və illər yaşayır. İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmiz, şanlı Zəfərimiz, bu günlərdə ordumuzun həyata keçirdiyi uğurlu antiterror tədbirləri və suverenliyimizin tam bərpası misilsiz tarixi hadisələrdir və bununla haqlı olaraq fəxr edir, qürur duyuruq.
Tədbirin bədii hissəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera orkestrının ifasında “Arazbari” və “Dədə Qorqud” filmindən “ İncə bellim” musiqiləri, Azərbaycan Respublikasının əməkdar artisti Babək Niftəliyevin, müğənni İlhamə Qasımovanın, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovon, Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayevanın ifasında sevilən və vətənpərvər musiqilər səsləndi, həmçinin, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Zəngəzur Yallısı” ilə tədbir sona çatdı.
Sonda xatirə fotosu çəkildi.
ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!