Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin ofisinin qarşısında yaradılmış Milli Qəhrəmanlar, Şəhid Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Qəhrəmanlar guşəsinin” açılış mərasimi keçirilib.
Tədbirdə Millət vəkilləri, Rayon İcra nümayəndələri, Şəhid Milli Qəhrəman ailələri, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri, sağ Milli Qəhrəmanlar, sağ Vətən Müharibəsi Qəhrəmanları, Şəhid ailələri, bir çox ictimai xadimlər və vətənpərvər müğənnilər iştirak edirdi.
Vətənpərvərlik ruhunun gənclər arasında aşılanması və qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev cənablarının hər zaman xüsusi diqqətində olub.
Bu diqqət nəticəsində də Elgin Həbibullayev cənablarının dəstəyi və təşəbbüsü ilə növbəti “Qəhrəmanlar guşəsi” açılış mərasimi həyata keçirilirdi.
Tədbir iştirakçıları bu təşəbbüsə görə Elgin Həbibullayev cənablarına dərin minnətdarlıqlarını bildirdilər.
Milli Qəhrəmanlar Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və heyəti başda Nərimanov Rayon İcra Başçısı Elgin Həbibullayev cənabları olmaqla İcra Başçısının birinci müavini Zaur Hüseynova və Nərimanov Rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafova bu guşənin yaradılması və ərsəyə gətirilməsində göstərdikləri xüsusi diqqətə görə öz təşəkkürlərini bildirdi.