Müəllimlər Şəhidlərimizi ziyarət etdi

Ağdam rayon məktəbinin müəllim kollektivi Şəhidlərimizi ziyarət etdi.

 

Bu gün Ağdam rayon 73 saylı tam orta məktəbin direktoru Gülşən Əliyeva müəllim kollektivi ilə birgə 8 noyabr “Qələbə günü” münasibətilə 2- ci Fəxri xiyabanda dəfn edilən 2020 – ci il Vətən müharibəsi və 2023 – cü il antiterror Şəhidlərini ziyarət edib.

Tədbir iştirakçıları Şəhidlərimizin ruhuna dualar oxudular və məzarları üzərinə gül dəstələri düzdülər.

Bundan əlavə Ağdam rayon 73 saylı tam orta məktəbin balaca şagirdləri öz vətənpərvər hisslərini şeirlərlə ifadə etdilər.

Sonda isə xatirə şəkilləri çəkdirdilər.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Vətənqəhrəmanları.az

NƏRMİN SƏFƏROVA

Comments (0)
Add Comment