Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi uğurla başa çatdıb. Layihənin məqsədi xalqımızın milli-mənəvi dəyərlərinin dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli birliyinin möhkəmləndirilməsinə və hüquq azadlıqlarının qorunmasına töhfə vermək olub. Layihənin ümumi hədəfi 5 qitədə yaşayan 50 milyondan artıq soydaşlarımızı öz hüquq azadlıqlarını, milli kimliyini, mədəniyyətimizi, ana dilimizi qorunması üçün maarifləndirmək və təşviq etmək idi.
4 aylıq layihə çərçivəsində İsveç, Norveç, Monteneqro, Qırğızıstan, Özbəkistan, Avstarliya, Rusiya, Almaniya, Ukrayna, İraq, Estoniya və Gürcüstandakı azərbaycanlılar arasında radio verilişləri və diaspor təşkilatlarının saytlarında dərc olunan yazılar vasitəsilə milli-mənəvi dəyərlərimiz təbliğ olunub.