Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin iş otağına və Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli, Vətən müharibəsi əlil, “Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi”nin Yevlax Rayon Nümayəndəliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ehtiyyatda olan mayor Mədəd Süleymanov tərəfindən

M Ü R A C İ Ə T

Cənab Ali Baş Komandan, Möhtərəm Prezident və əziz xalqım!

Hər kəsə yaxşı məlumdur ki, Ulu Öndərin şah əsəri hesab olunan bu günkü güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin edən ölkə kimi görmək Ulu Öndərin ən böyük arzusu idi. Məhz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin parlaq təntənəsidir. Cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə müraciət edərək verdiyi hər bir vədin yerinə yetirilməsi bu günümüzün reallıqlarında öz əksini tapır: ” Allah sizə rəhmət eləsin, məkanınız cənnət olsun, Ulu Öndər!

Cənab Ali Baş Komandan, Cənab Prezident! Sizə və bizlər üçün əbədi müqəddəs hesab olunan Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin iş otağına məktubla müraciət yazaraq bildirmək istəyirəm ki, mən ehtiyatda olan mayor Mədəd Süleymanov 44 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərdiyim üçün Sizin imzanızla “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişəm. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Bildirmək istəyirəm ki, mən hal-hazırda 2001-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə yaradılmış Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədri vəzifəsində çalışıram. Hesab edirəm ki, mənim bu günkü ictimai fəaliyyətim əlil olsam da Vətən qarşısında xidmətimin davamıdır. Çünki biz bunun üçün Vətən qarşısında and içmişik. Qeyd etmək istəyirəmki, Azərbaycanın Milli Qəhrəmanlarına və onların ailələrinə xüsusi diqqət və qayğının təməli ilk olaraq Ulu Öndər Heydər Əliyev tərfindən həyata keçirilmişdir. Bu missiya bu gün də Sizin və Birinci Vitse Prezident, Ölkənin Birinci Xanımı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Hörmətli Prezident, Cənab Ali Baş Komandan!

Çox təəssüflər olsun ki, bu gün Ulu Öndər Heydər Əliyevin xatirəsini özündə daşıyan və yaşadan Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliyinə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Anar Tağıyev və aidiyyatı qurumlar tərəfindən soyuq münasibət göstərilir. Belə ki, artıq iki ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliynə Azərbaycanın Milli Qəhrəmanlarına və onların ailələrinə, eləcə də Şəhidlərimizin ailələrinə, Qazilərimizə xidmət göstərməsi üçün dəfələrlə rəsmi və şifahi olaraq xidməti otaqla (ofislə) təmin olunmaq üçün müraciətlər etmişik. Hansı ki, Yevlax rayonundan başqa bütün rayonlarda sözügedən məsələ ilə bağlı bütün suallar öz həllini tapıb. Hətta, şəxsən mən Yevlax Rayon Nümayəndəliyinin sədri Mədəd Süleymanov sonuncu dəfə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Anar Tağıyevdən xahiş edərək bildirdim ki, Siz istəsəniz Yevlax şəhərində istənilən inzibati binanın rəhbərinə göstəriş verərək birliyimizin fəaliyət göstərməsi üçün otaqla təmin olunma məsələsini həyata keçirə bilərsiniz. Ancaq Yevlax şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Anar Tağıyev isə qərəzli olaraq bu işi birmənalı şəkildə bacarmadığını etiraf etdi. Düşünürəm ki, hörmətli Anar Tağıyev bunu bilərəkdən etmir və etmək istəmir. Mən bir vətəndaş olaraq hələ də anlaya və qəbul edə bilmirəm ki, İcra Hakimiyyətinin başçısı hansı səbəbdən Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət göstərdiyi birliyə belə soyuq münasibət göstərir?

Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan!

Yazaraq Sizdən xahiş edirəm ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Anar Tağıyev müraciətimizlə bağlı etdiyimiz xahişi yerinə yetirməkdə çətinlik çəkdiyi üçün Ulu Öndər Heydər Əliyevin xatirəsi olan Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Yevlax Rayon Nümayəndəliyini xidməti otaqlar (ofislə) təmin olunmasına köməklik göstərəsiniz.

Diqqətinizə görə təşəkkür edirəm!

HÖRMƏTLƏ: Yevlax Rayon VETENQEHREMANLARI.AZ Mədəd Süleymanov

Comments (0)
Add Comment