Oktyabrın 21-də Avstraliyada Türkiyənin Cümhuriyyət bayramının 100-cü ildönümü münasibəti ilə Avstraliya Türk musiqi Ansamblının konserti olub. Tədbirdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri Mikayıl Oyta və GADTB Qadın və İnsan HaqlarıHa Departamentinin sədri Sara Azərsun da iştirak ediblər.
Bu tədbirdə Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının Multikulturalizm Məsələləri üzrə Nazirliyi təmsilçisi Ömer İncekara və iki millət vəkili də qatılıb. Konsertdə Azərbaycan bayrağının dalğalanması və bir milli mahnımızın səslənməsi özəllik təşkil edib.
Mikayıl Oyta saytımıza bildirib ki, Türkiyə və Azərbaycanın hər zaman proqramlarda birgə olması vacib məsələlərdən biridir. “Biz Avstraliyada bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə o əlavə edib.