“2030-cu ilə qədər rusiyalıların 70 faizini sistemli idmana cəlb etmək, yəni idmanı həyat normasına çevirmək lazımdır”.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezident Vladimir Putin Permdə keçirilən “Rusiya – İdman Gücü” forumunda çıxışı zamanı bildirib.
“Biz kütləvi idmana xüsusi diqqət yetirəcəyik. Bizim vəzifəmiz 2030-cu ilə qədər Rusiya vətəndaşlarının 70%-ni sistemli idmana cəlb etmək, yəni idmanı bütün yaş və sağlamlıq qruplarından olan 93 milyon insanın həyat normasına çevirməkdir”, deyə prezident bildirib.