Nazirliyin tabeliyində olan MMC-yə protokol yazıldı

“Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinq Mərkəzi” MMC barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Orxan Məmmədlinin icraatında verilib.

347-ci maddədə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

“Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinq Mərkəzi” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan MMC-nin qanuni təmsilçisi Hacıyev Rəşad Yəhyə oğludur.

MMC Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.

Comments (0)
Add Comment