Nazir yeni rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rafiq Əli oğlu Misirov FHN-nin Aran Regional Mərkəzinin rəisi təyin olunub.

Qeyd edəm ki, o, bundan əvvəl Aran Regional Mərkəzinin rəisinin müavini olub. 5 noyabr 1961-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olan Rafiq Misirov Azərbaycan Xalq Təsərrüfat İnstitutunu bitirib. Ailəlidir, üç övladı var.

Comments (0)
Add Comment