ABŞ ordusuna İsraili dəstəkləmək üçün Yaxın Şərqə yerləşdirməyə hazır olmaq əmri verilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Austin tapşırıq verib.
Xatırladaq ki, Bundan əvvəl “The Wall Street Journal” (WSJ) Pentaqonun nümayəndələrinə istinadən məlumat yaymışdı ki, ABŞ iki min əsgərini İsrailə göndərəcək.