Şəhid Vətən Müharibəsi Qəhrəmanımızın mövludu

Elyar Arif oğlu Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunda anadan olub.

Vəliyevlər ailəsinin ilk övladı olan Elyar kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub.

Həmişə xüsusi şücaətilə seçilən Elyar 2016-cı il Aprel döyüşlərinin və 2020-ci il Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. 27 sentyabr 2029 – çi ildə başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən qızğın döyüşlərdə yaxından iştirak edib.  Və 19 oktyabr 2020 – çi ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qobustan şəhər 2 nömrəli tam orta məktəbinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevin adı verilib.

Ailəli idi, 4 oğul və bir qız övladı yadigar qaldı.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

   Allah rəhmət eləsin!

   Vətənqəhrəmanları.az 

   NƏRMİN SƏFƏROVA 

Comments (0)
Add Comment